AZ

ATACMS raketləri ilə Rusiyadanın hərbi aerodromuna zərbə endirilib

Ukrayna Silahlı Qüvvələri ATACMS raketləri ilə Rostov vilayətinin Taqanroq şəhərindəki hərbi aerodroma zərbə endirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, raket parçalarının düşməsi nəticəsində şəxsi heyət arasında yaralananlar var.

"İki raket "Pantsir" zenit-raket kompleksinin döyüş ekipajı tərəfindən vurulub, digərləri isə radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirilib. Raket parçalarının düşməsi nəticəsində şəxsi heyət arasında yaralananlar var. Dağıntı yoxdur," -  Rusiya Müdafiə Nazirliyinin Telegram kanalında bildirilib.

Hərbi qurumun məlumatına görə, aerodromun texniki ərazisindəki iki bina, üç hərbi avtomobil texnikası və aerodrom yaxınlığındakı dayanacaqda olan mülki avtomobillər cüzi zərər görüb.

"Qərbin uzaqmənzilli silahları ilə həyata keçirilən bu hücum cavabsız qalmayacaq, müvafiq tədbirlər görüləcək," -  Rusiya Müdafiə Nazirliyi hədələyib.
 
 
Dekabrın 11i gecə  Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları və kəşfiyyat bölmələri Bryansk vilayətindəki neft bazasına hücum edib, nəticədə yanğın baş verib.

"Bryansk neft bazası - "Drujba" neft kəmərinin doldurma məntəqəsidir, əsas funksiyası dizel yanacağının qəbul edilməsi, saxlanılması, paylanması və avtomobil çənləri və dəmir yolu vasitəsilə daşınmasıdır. Mövcud məlumata görə, neft bazasına zərbə endirilib və ardınca yanğın baş verib. Kütləvi yanğın başlayıb," - Ukrayna Baş Qərargahı məlumat verib.

N.Təbrizli










www.anews.az
Seçilən
19
anews.az

1Mənbələr