AZ

Şumaxerin ailəsini şantaj edənlərdən ikisi günahını etiraf etdi

“Formula 1” üzrə yeddiqat çempion alman Mixael Şumaxerin ailəsini şantaj etməkdə təqsirləndirilən üç nəfərdən ikisi təqsirini boynuna alıb.

Publika.az xəbər verir ki, bu barədə Frans-Presse (AFP) məlumat yayıb.

Digər təqsirləndirilən şəxs, əvvəllər Şumaxer ailəsinin mühafizə xidmətində çalışmış Markus F. də məhkəmə qarşısına çıxarılacaq.

Xatırladaq ki, Yılmaz T. və oğlu Daniel Şumaxer ailəsindən Mixail haqqında xəstəxana sənədləri, foto və videolar da daxil olmaqla 1500-dən çox faylın olduğu iki sərt disk müqabilində 15 milyon avro tələb etmişdilər. Hücum edənlər yarışçının səhhəti ilə bağlı məlumatları internetdə yerləşdirməklə hədələyiblər.

Seçilən
28
publika.az

1Mənbələr