AZ

Zelenski Orbanın Milad təklifini qəbul etmədi

Macarıstan Ukraynaya Milad bayramında atəşkəs bağlamağı və Rusiya ilə hərbi əsirləri dəyişdirməyi təklif edib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, lakin Ukrayna prezidenti Volodimir Zelenski bu sülh təşəbbüsünü rədd edib. Bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.

"Macarıstanın Aİ sədrliyinin sonunda biz sülhə nail olmaq üçün yenidən səylər göstərdik. Milad atəşi və geniş miqyaslı məhbus mübadiləsi təklif etdik. Təəssüf ki, prezident Zelenski bu gün açıq şəkildə bu təklifi rədd etdi və onu müzakirədən çıxardı. Biz bacardığımız hər şeyi etdik" - Orban "X"də yazıb.

Baş nazir sülh təklifinin Zelenskiyə necə göndərildiyini və müvafiq olaraq cavabın necə alındığını açıqlamayıb. 

Seçilən
5
unikal.az

1Mənbələr