Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, institut və təşkilatlarının rəhbərləri, gənc alimləri müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, elmi ictimaiyyətin nümayəndələri Ulu Öndərin məzarı üzərinə tər gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar.
Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.