Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsində 6-cı tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda Türkiyənin “Fənərbaxça” klubu evdə “Atletik”lə (İspaniya) üz-üzə gəlib. “Sarı-lacıvərdlilər” bu oyunda 0:2 hesabı ilə uduzublar. “Ülkər” stadionunda baş tutan matçda qonaqların hər iki qolunu İnyaki Uilyams vurub.
Qeyd edək ki, Avropa Liqasında Liqa mərhələsinin 6-cı turunun qalan görüşləri sabah keçiriləcək.
Avropa Liqası
Liqa mərhələsi, 6-cı tur
11 dekabr
“Fənərbaxça” (Türkiyə) – “Atletik” (İspaniya) 0:2
Qollar: İnyaki Uilyams, 5; 45+1.