AZ

KİV: Ermənistan Rusiyaya silah tədarükü üçün tranzit halqaya çevrilib

Aİ sanksiyalarına baxmayaraq, Ermənistana silah tədarükü əhəmiyyətli dərəcədə artıb. İtaliyadan Ermənistana silah və ov tüfənglərinin ixracı 2019-cu ildəki 68 ədəddən 2023-cü ildə 1862 ədədə yüksəlib. Bu, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə, o cümlədən Ermənistana ixracı məhdudlaşdırmayan sanksiyalardakı boşluqlar sayəsində mümkün olub.

Bizim.Media xəbər verir ki, bu barədə “İnsider” yazıb.

Nəşr yazır ki, Birlik ölkələrindən birində verilən icazələr onun bütün üzvlərinin ərazisində etibarlıdır ki, bu da silahların Rusiyaya daxil olmasına imkan verir.

Bu silahların bəziləri, istintaqa görə, Rusiya snayperləri Ukraynaya qarşı müharibədə istifadə edilib. 

Üç il ərzində region ölkələrinə silah tədarükünün ümumi həcmi 2,5 dəfə artıb.

Bizim.Media

Seçilən
35
1
bizim.media

2Mənbələr