AZ

Beynəlxalq təşkilatlardan özbək QHT-ləri üçün, hələlik ki, risk yoxdur - Millət vəkili

 Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların bizim QHT-lərə olan münasibəti və bütövlükdə vətəndaş cəmiyyəti sektoruna olan münasibəti həmin beynəlxalq təşkilatların ölkəyə olan münasibətlərindən irəli gəlir.

Bu fikiləri illi Məclisin deputatı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov azxeber.com-a açıqlamasında bildirib.

"Amma həmin beynəlxalq təşkilatların ölkəmizə olan münasibətinin daha çox qərəz üzərində kökləndiyini nəzərə almalıyıq. Bunun əsas səbəbi kimi həmin beynəlxalq təşkilatların Ermənistana münasibətidir. Onlar ən yüksək səviyyədə strateji mütəffiqlikdirlər, bizə qarşı mövqeyləri qərəzlidir. Bəzi hallarda da bizi bir çox məsələlərdə məhdud rejimə salmaq, müəyyən çərçivələrə salmaq, ideoloji basqılar göstərmək istəyirlər. Bizə qarşı ideoloji təhdidlərlə, müxtəlif insan hüquqları şuarları adı altında yalançı bir demokratik prinsiplərlə üzərimizə getməyə çalışırlar. Onlar faktiki olaraq ermənilərin xeyrinə olan bir siyasətin davamı olaraq QHT-lər üzərindən bizim üstümüzə gəlirlər.

Amma bu daha çox dövlətə qarşı olan bir basqıdır. Ancaq Özbəkistan üçün Ermənistan deyilən bir problem yoxdur. Deməli, burada niyyət tamamilə fərqli ola bilər və özbək cəmiyyəti üçün, özbək QHT-ləri üçün, hələlik ki, risk yoxdur. Burada dövlət tərəfindən, dövlətin siyasi rəhbərliyi tərəfindən, çox müdrik siyasət yürüdülür və onlar o balansı gözləyə bilirlər, kənar basqılara da hər mənada özlərinin bir immunitetini formalaşdırırlar.

Amma bu immunitet konstruktiv dialoq üzərində formalaşır. Bizə qarşı isə açıq başqı var idi, təzyiq var idi və biz bunu 44 günlük Vətən müharibəsində açıq-aşkar gördük."

Seçilən
19
qht.az

1Mənbələr