"Arsenal" heyətini gücləndirmək üçün variantları araşdırır.
90deqiqe.Az “TBR Football”a istinadən xəbər verir ki, London klubu "Vest Hem"in futbolçusu Məhəmməd Kudusla maraqlanır. "Topçular" qış transfer pəncərəsi zamanı 24 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Artıq tərəflər arasında ilkin danışıqlar da başlanılıb.
"Çəkiclər" isə oyunçunun transferindən 80 milyon funt-sterlinqə (indiki məzənnə ilə təxminən 97 milyon avro) qazanmaq istəyir.
2024/2025 mövsümündə qanalı “Vest Hem”in heyətində 12 rəsmi oyun keçirib, bu oyunda tərəfdaşları üçün iki qol və iki məhsuldar ötürmə edib. Kudus "Ayaks"dan keçdikdən sonra 2023-cü ilin yayından "Vest Hem"də çıxış edir.