“ABŞSuriyanın işinə qarışmayacaq, Fransa da qarışmayacaq”.Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp "Paris Match" jurnalına verdiyi müsahibədə deyib.Paris səfəri çərçivəsində Notre Dame Katedralinin açılışında iştirak edən Tramp fransız jurnalına verdiyi müsahibədə beynəlxalq böhranları dəyərləndirib.Tramp prioritetlərinin Rusiya-Ukrayna münaqişəsinin həlli olduğunu vurğulayaraq Orta Şərqdə vəziyyətin idarə edilməsinin daha asan olduğunu bildirib. Suriyada Əsəd rejiminin süqutu ilə bağlı danışan Tramp bölgənin artıq öz taleyini həll etməli olduğunu qeyd edib. Qeyd edək ki, o, Paris səfəri zamanı Ukrayna Prezidenti Zelenski və Fransa Prezidenti Makronla görüşüb.