AZ

Dəməşq könüllülər tərəfindən təmizlənir

Suriyada Baas rejiminin devrilməsindən sonra sakinlər Dəməşqdə təmizliyə başlayıblar. Metbuat.az xəbər verir ki, sakinlər Bəşər Əsəd rejimi zamanı baxımsız qalan məhəllələri təmizləmək üçün hərəkətə keçib. Dəməşqdə könüllülər müxtəlif məhəllələrdə, xüsusilə Mezzedə bir araya gələrək, təmizlik işləri həyata keçirirlər. Məlumata görə, Dəməşqdə bələdiyyə xidmətləri hələ başlamadığı üçün sakinlər küçələrin təmizlənməsini öz üzərinə götürüblər. Onlar ətrafdakı zibilləri yığaraq yerləri süpürüblər. Könüllülərin toplanışını təşkil edən şəxslər bildiriblər ki, qurumlar işləmədiyi üçün küçələri təmizləyən yoxdu. Ona görə də tullantılar könüllülər tərəfindən təmizlənir. Təmizləmə işlərində əsasən gənclər iştirak edir.

Qeyd edək ki, Suriyada Bəşər Əsədin devrilməsinə baxmayaraq, qurumlar dağılmayıb. Hökumət fəaliyyətini davam etdirir. Hakimiyyəti könüllü təhvil verəcəyini bəyan edən hökumət, keçid prosesinə dətsək vemək istədiyini bəyan etmişdi.

Seçilən
35
metbuat.az

1Mənbələr