AZ

İlber Ortaylı İsrailin Suriyadakı planını AÇIQLADI

Tarixçi Prof. Dr. İlber Ortaylı, tv100-də yayımlanan "Muhabbet Kralı" proqramında İsrailin Suriyadakı işğal strategiyası və gələcək planları barədə danışıb.

Musavat.com xəbər verir ki, O, İsrailin Colan təpələri və Fərat-Dəclə hövzəsi ilə bağlı siyasətlərini tənqid edib.

İsrailin qida problemi

İlber Ortaylının sözlərinə görə, İsrail Colan təpələrini ələ keçirməklə qida problemlərini həll edib. O, bunun əsas səbəbini su və kənd təsərrüfatı resurslarının əhəmiyyətinə bağlayıb. Colan təpələrinin su və qida təhlükəsizliyində oynadığı rolu vurğulayan Ortaylı, İsrailin regiondakı addımlarının təkcə qida təminatı ilə məhdudlaşmadığını deyib.

Fərat-Dəclə hövzəsinə nəzarət niyyəti

Ortaylı qeyd edib ki, İsrail hazırda ABŞ ilə birlikdə Fərat-Dəclə hövzəsini nəzarət altına almaq istəyir. O, bu siyasətin İsrailin böyük səhvi olduğunu vurğulayıb: "İsrail su problemini özü həll edə biləcəyinə inanır, amma bu mümkün deyil."

O əlavə edib ki, Türkiyənin Fərat-Dəclə hövzəsi ilə bağlı strateji mövqeyi İsrail və ABŞ-ın diqqət mərkəzindədir. Bu planların reallaşması regionda ciddi böhranlar yarada bilər.

Hərbi-strateji irəliləyişlər

Ortaylı İsrailin Suriyadakı hərbi irəliləyişlərinə də diqqət çəkib. Onun sözlərinə görə,İsrail Livan-Suriya sərhədini keçərək Dəməşqə qədər irəliləyib.
Colan təpələrindən daha irəli gedərək, Suriyanın müxtəlif ərazilərində nəzarəti artırıb. Bu hərbi strategiyanı "kiçik imperialist paradoks" adlandıran tarixçi, belə bir siyasətin regionda daha ciddi problemlərə səbəb olacağını bildirib.

İlber Ortaylı İsrailin hərbi və siyasi addımlarını sərt tənqid edərək bu cür genişlənmə siyasətinin həm su resursları, həm də geopolitik stabillik baxımından təhlükəli nəticələr doğura biləcəyini vurğulayıb.

 

Musavat.com

Seçilən
33
musavat.com

1Mənbələr