Bu ilin ilk 9 ayı ərzində Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar 4 milyard 522,6 milyon dollar olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, birbaşa xarici investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 150,3 milyon dollar artıb.
Bu ilin ilk 9 ayında birbaşa xarici investisiyaların 28,8%-i (1 milyard 304 milyon dollar) Böyük Britaniyanın payına düşüb.
Onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 9 ayında Fransanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 77 dəfə artaraq 1,2 milyon dollardan 91,6 milyon dollara yüksəlib. Bu dövrdə Rusiyanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi isə 3 dəfə azalaraq 294,5 milyon dollardan 97,9 milyon dollara düşüb.
Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrin ilk 10-luğu belə olub:
Böyük Britaniya – 28,8% (1 milyard 304 milyon dollar);
Türkiyə – 20,2% (912 milyon dollar);
Kipr – 12,2% (553,7milyon dollar);
Birləşmiş Ərəb Əmirlikləri – 7,9% (356,3 milyon dollar);
İran – 6,1% (275,9 milyon dollar);
Yaponiya – 4% (180,6 milyon dollar);
Macarıstan – 3% (133,7 milyuon dollar);
Norveç – 2,3% (102,6 milyon dollar);
ABŞ – 2,3% 102,2 milyon dollar);
Rusiya – 2,2% (97,9 milyon dollar);
Fransa – 2,2% (91 633 milyon dollar).
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta