AZ

Litvalıların 50 faizi ölkəsini qorumaq istəmir

Litva əhalisinin 50 faizdən çoxu müharibə vəziyyətində öz ölkəsini müdafiə etmək istəmir.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli "LRT" telekanalı sorğu keçirib.

Sorğuda iştirak edən ölkə vətəndaşlarının 61 faizi ölkənin müdafiəsində iştirak etməyi planlaşdırmadıqlarını və heç vaxt bu niyyətdə olmadıqlarını, daha 10 faizi isə bu fikir barədə düşündüyünü, lakin sonradan bundan imtina etdiyini bildirib.

Həmçinin, respondentlərin 11 faizinə edəcəklərinə hələ qərar vermədiklərini qeyd edib. Litvalıların yalnız 4 faizi müdafiədə iştirak etmək qərarına gəlib.


Müəllif: Arzu
Seçilən
25
teleqraf.com

1Mənbələr