AZ

Suriyadakı Rusiya hərbi bazalarının taleyi: Münasibətlərdə yeni mərhələ, ya hərbi əməkdaşlığın sonu?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Suriyanın yeni hakimiyyəti Rusiya hərbi bazaları ilə bağlı qərarı xalqın maraqlarına əsaslanaraq verəcək".
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə suriyalı siyasətçi, Cenevrə və Astana danışıqlarında müxalifət nümayəndə heyətinin keçmiş rəhbəri Məhəmməd Alluş açıqlama verib.
"Hərbi bazalar məsələsi Suriya dövlətinin suveren qərarıdır. Bu məsələ mütləq Suriya xalqının və Rusiyanın maraqları, həmçinin faydası nəzərə alınaraq müzakirə ediləcək", - deyə o bildirib.
Qeyd edək ki, dekabrın 9-da Suriya silahlı müxalifətinin Rusiyanın hərbi bazalarının yerləşdiyi Laziqiyyə əyalətinə tam nəzarət etdiyi barədə məlumat yayılıb. Məlumata görə, müxalifət qüvvələri Suriya Prezidenti Bəşər Əsədin devrilməsini elan etdikdən sonra Tartus və Cəblə bölgələrinə daxil olub. Lakin qeyd olunur ki, müxalifət üzvləri Tartus və Xmeymimdəki Rusiya hərbi bazalarına müdaxilə etməyib.
Seçilən
23
24
oxu.az

10Mənbələr