"Elfsborq"un baş məşqçisi Oskar Hilyemark Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda sabah "Qarabağ"a qarşı keçirəcəkləri ev oyunu haqqında danışıb.
QOL.az xəbər verir ki, o, görüşdən əvvəl təşkil olunan mətbuat konfransında matçın çətin keçəcəyini, lakin Ağdam təmsilçisinə qalib gəlmək gücündə olduqlarını söyləyib:
"Sabah bizim qarşımızda intizamlı komanda olacaq. Onlara qarşı daha çox güc sərf edəcəyimiz gözlənilir. Düşüncələrimizi meydanda tam həyata keçirsək, bu komandaya qalib gələ bilərik. "Qarabağ" çox yaxşı kollektivdir. Lakin "Qarabağ"ın müdafiə xəttində zəif cəhətlər də var. Diqqətli, intizamlı oynasaq, qələbə əldə edə bilərik. Bu güc bizdə var".
Qeyd edək ki, "Elfsborq" - "Qarabağ" oyunu sabah, Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq.