Rusiyanın “Ximki” klubunun azərbaycanlı investoru Tufan Sadıqov ev dustaqlığındadır.
Publika.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, 2024-cü ilin noyabrında Sadıqova qarşı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291.2-ci maddəsi ilə (Xırda rüşvətxorluq). Sadıqovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Bildirilir ki, hüquq-mühafizə orqanları ev dustaqlığının ləğvini və Sadıqovun istintaq təcridxanasına göndərilməsini müdafiə ediblər.