AZ

Çempionlar Liqası: “Barselona” qalib gəlib, “Mançester Siti” məğlub olub

UEFA Çempionlar Liqasının əsas mərhələsində VI tura yekun vurulub. SİA xəbər verir ki, gecənin ilk oyunları İspaniya və Fransada keçirilib. Müvafiq olaraq, “Atletiko” Slovakiyanın “Slovan” komandasını 3:1, “Lill” isə Avstriyanın “Şturm” klubunu 3:2 hesabı ilə məğlub edib.

Turun maraqla gözlənilən görüşlərində İspaniya “Barselona”sı Almaniyada Dortmund “Borussiya”sına 3:2 hesabı ilə qalib gəlib. İngiltərənin “Mançester Siti” klubu isə İtaliyada “Yuventus”a 0:2 hesabı ilə uduzub.

UEFA Çempionlar Liqası: Liqa mərhələsi, VI tur

“Atletiko” (İspaniya) - “Slovan” (Slovakiya) - 3:1

“Lill” (Fransa) - “Şturm” (Avstriya) - 3:2

“Borussiya” (Almaniya, Dortmund) - “Barselona” (İspaniya) - 2:3

“Yuventus” (İtaliya) - “Mançester Siti” (İngiltərə) - 2:0

“Benfika” (Portuqaliya) - “Bolonya” (İtaliya) - 0:0

“Arsenal” (İngiltərə) - “Monako” (Fransa) - 3:0

“Milan” (İtaliya) - “Srvena Zvezda” (Serbiya) - 2:1

“Feyenoord” (Niderland) - “Sparta” (Çexiya) - 4:2

“Ştutqart” (Almaniya) - “Yanq Boyz” (İsveçrə) - 5:1

Qeyd edək ki, Liqa mərhələsində VII turun oyunları 2025-ci il yanvarın 21-i və 22-də keçiriləcək.

Seçilən
11
15
sia.az

10Mənbələr