Avropa İttifaqı (Aİ) Polşaya Rusiya Federasiyası və Belarusla sərhədlərini qorumaq üçün 52 milyon avro ayırıb.
"Far.Az"un xəbərinə görə, bu barədə Polşa Baş nazirinin Dəftərxanası “X” sosial şəbəkəsində məlumat yayıb.
“Polşa Avropa İttifaqının sərhədlərinin qorunması üçün 52 milyon avro alacaq. Bu vəsait elektron müşahidə avadanlığının modernləşdirilməsinə, telekommunikasiya şəbəkələrinin keyfiyyətinin yaxşılaşdırılmasına və dronların aşkarlanması üçün avadanlıqların alınmasına yönəldiləcək", - məlumatda bildirilir.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Finlandiya, Polşa və Baltikyanı ölkələrə xarici sərhədlərini Rusiya və Belarusdan qorumaq üçün 170 milyon avro ayrıldığını açıqlayıb.