Niger hökumət ordusunun ən azı 10 hərbçisi silahlıların Petelkol kəndi yaxınlığındakı hücumu nəticəsində həlak olub.
APA xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bildirilib ki, hücumu motosikletlə hərəkət edən bir qrup terrorçu həyata keçirib.
Toqquşma nəticəsində 10 hərbçi həlak olub, daha 7 hərbçi yaralanıb. 26 yaraqlı məhv edilib.