“Evdə tək” filmi çoxumuzun hər il izləməkdən zövq aldığı filmlərdən biridir. Əminliklə demək olar ki, bu, bütün zamanların ən yaxşı komediya filmlərindən biridir. Çünki 30 ildən çox vaxt keçsə də, Milad və Yeni ildə eyni həyəcanla ekran qarşısına keçib baxmağa davam edirik.
“Qafqazinfo” sözügedən film haqqında maraqlı faktları təqdim edir:
Filmin prodüsseri Con Hyuz səfər zamanı yaşadıqlarından sonra bütün ssenarini 9 gün ərzində yazıb.
Fotoda Con Hyuz
Hyuz hazır ssenari ilə “Warner Brothers” studiyasına gedib. İclasda müəyyən edilib ki, filmdə super ulduzları olmadığından dəyəri 10 milyon dollardan çox deyil. 10 milyon çox səslənsə də, filmin dekorasiyası, aktyorların, kaskadyorların və insanların iştirak etməli olduğu layihə üçün çox az məbləğ idi.
Con əmin idi ki, “Warner Brothers” kadrları görəndə istənilən məbləği ödəməyə razı olacaq.
Lakin “Evdə tək” filmi “20th Century Fox” studiyasında ərsəyə gəlib. “Warner Brothers”in pulu təmin edə bilməyəcəyini anlayan Hyuz, yekun büdcə verilməzdən bir neçə həftə əvvəl gizli şəkildə “20th Century Fox”un nümayəndəsi ilə görüşüb və ona filmin süjetini danışıb. Hekayə çox xoşlarına gəlib və onlar bu filmi çəkməyə razılaşıblar və büdcəni 18 milyon dollara çatdırıblar. Beləliklə, iş davam edib və “Evdə tək” “20th Century Fox”un qanadı altında yayımlanıb.
Aktyorlara gəlincə, Con Hyuz “Bak dayı” filmində Makaley Kalkini o qədər bəyənib ki, “Kevin Makkallister” rolunda ondan başqa heç kimi təsəvvür etməyib. Belə qənaətə gəlinir ki, rol xüsusi olaraq onun üçün yazılıb. Ancaq yenə də çəkiliş başlamazdan əvvəl, Kalkin “Kevin Makkalister” rolunu almazdan əvvəl 200 uşaq seçmələrdə iştirak edib.
Fotoda “Bak dayı” filmi
“McCallister”lərin evi realdır və İllinoysda yerləşir. Ev sahibləri film çəkilişləri zamanı evdə yaşayıb və çəkiliş qrupları ilə birlikdə vaxt keçirməkdən həzz alıblar.
Filmə yalnız mətbəx və birinci mərtəbədəki bəzi səhnələr daxil edilib, qalan hər şey dekorasiyadır. Onların yaradılması zamanı dizaynerlər Milad ruhunu mümkün qədər çatdırmağa çalışıblar, ona görə də diqqətlə baxsanız, görə bilərsiniz ki, evdə yalnız iki rəng üstünlük təşkil edir - qırmızı və yaşıl.
Bununla belə, evin daxili görüntülərinin çoxu Çikaqodakı orta məktəbdə çəkilib.
Aktyorlar Robert De Niro və Con Lovitz “Harri Laym” rolundan imtina ediblər.
Rolu Co Peski canlandırıb.
Co ailə filmlərində oynamağa öyrəşmədiyi üçün çəkiliş meydançasında daim vulqar sözlərdən istifadə edib.
“Kevin”in qardaşı “Bass”ın fotodakı sevgilisi əslində oğlandır, çünki rejissor Kris Kolumbus hər hansı qızın xarici görünüşünə görə özünü pis hiss edə biləcəyini düşününüb.
Con Kendinin bütün səhnələri isə 23 saat ərzində çəkilib. Onun səhnələrindəki bütün ifadələri bədahətən səslənib.
Qoca “Marli”yə gəldikdə isə, o əvvəlcə filmin bir hissəsi deyildi. Lakin sonradan filmə həyəcan qatmaq üçün əlavə edilib.
Qorxunc soba isə sadəcə iki adamın fənər və oxlarla yaratdığı mənzərədir.
Həmin o film…
“Angels With Filthy Souls” realda çəkilən film deyil. “Evdə tək”in rejissoru Kolumbus bunu məhz bu film üçün Raf Foodi ilə birgə çəkib.
Daniel Sternin, yəni “Marv Merkants”ın ayağını əzən Milad bəzəkləri konfetdən hazırlanıb.
“Harri”nin “Kevin”i küncə sıxaraq barmağını dişlədiyi səhnədə Peski əslində oğlanın barmağını həqiqətən dişləyərək iz qoyur.
“Marv”ın “Harri”yə “Niyə toyuq kimi geyinmisən?” replikası da improvizasiyadır.
“Marv”ın üzündəki hörümçək gerçək idi. Onlar səhnəni bir çəkilişdə tamamlayıblar.
Film Milad haqqında olduğundan, orada çoxlu qarın olması çox vacib idi, buna görə də komanda “Kevin”in anası “Keyt Makkalister”in evə gəldiyi final səhnəsini çəkmək üçün qarlı günü gözləyib.
Film əvvəlcə “Marv” və “Harri”nin həbsxanada “Angels With Filthy Souls”a baxması ilə bitməli idi, lakin səhnə sonradan dəyişdirilib.
“Warner Brothers”in büdcə ayırmaqdan ehtiyat etdiyi “Evdə tək” böyük uğur qazanıb. Film 476,7 milyon dollar gəlir əldə edib və 12 həftə ərzində bir nömrəli film olaraq siyahılarda birinci olub.
Komediya filminin premyerası 1990-cı il noyabrın 10-da Çikaqoda baş tutub və 16 noyabrda ABŞ kinoteatrlarında nümayiş olunub.