Hollivudun keçmiş ulduzu aktrisa Amanda Bayns Malibuda paparassilərin obyektivinə tuş gəlib.
Paralel.az Lent.az-a istinadən xəbər verir ki, 38 yaşlı aktrisanın görünüşü izləyiciləri təəccübləndirib.
Hazırda manikür ustası işləyən Amanda 2013-cü ildə psixi problemləri səbəbindən kino sektorundan uzaqlaşıb.
Qonşuların evini, öz avtomobilini və itini yandırmağa çalışan aktrisa psixiatriya klinikasına yerləşdirilib. O bir dəfə küçədə çılpaq gəzəndə kameralara tuş gəlib.
Bir zamanlar gözəlliyi ilə göz qamaşdıran Amandanın həddən artıq kökəlməsi və üz cizgilərinin dəyişməsi onun sevənlərini məyus edib.