AZ

Tramp istəsə də, Avropa imkan verməz - Politoloq

ABŞ meydanda olmasa belə, Ukrayna müharibəsi dinməyəcək

Qarşıdurma yeni dünya düzəni formalaşması prosesində geosiyasi xarakter alır

Parisdə Fransa Prezidenti Emmanuel Makron və Ukrayna lideri Volodimir Zelenski ilə görüşən ABŞ-nin yeni rəhbəri Donald Tramp Ukraynanın razılıq əldə etmək istədiyini deyib və döyüşləri dərhal dayandırmağa çağırıb. Tramp bildirib ki, Zelenski və Ukrayna sövdələşmək və çılğınlığı dayandırmaq istəyir: "Ukrayna 400 min əsgər və çox sayda mülki vətəndaşı itirib. Dərhal atəşkəs və danışıqlar olmalıdır". 

Çoxlu insanın həyatının boşa getdiyini və çoxlu ailənin məhv edildiyini vurğulayan Tramp xəbərdarlıq edib ki, davam edən münaqişə daha böyük və daha pis bir şeyə çevrilə bilər: “Mən Vladimiri (Rusiya Prezidenti Vladimir Putin – red.) yaxşı tanıyıram. Onun hərəkətə keçmək vaxtı çatdı. Çin kömək edə bilər. Dünya gözləyir”. Ukrayna Prezidenti Volodimir Zelenski isə Qərbdən əlavə dəstək istəyib. Zelenski bildirib ki, 10-12 “Patriot” zenit-raket kompleksi Ukrayna səmalarını Rusiya raketlərindən tamamilə qoruyar. O qeyd edib ki, "Patriot"ların tədarükü Rusiyanın dondurulmuş aktivləri hesabına tədarük edilə bilər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib ki, Vaşinqtonun Ukraynaya yeni yardım ayırması Volodimir Zelenski rejiminin əzabını uzatmaq istəyindən xəbər verir: “Bu, Kiyev rejiminin, Zelenskinin özünün və Bayden rejiminin Ukraynadakı vəziyyət ətrafında yaratdığı korrupsiya sövdələşmələrinin əzabını uzatmaq üçün manyak bir istəkdir”. 

Politoloq Azər Qasımov deyib ki, Ukrayna təcavüzü ilə Rusiya böyük ölçüdə bu mübarizədə öz imkanlarını itirdi. Ekspertin sözlərinə görə, Rusiya nüvə təhdidi ilə Avropanı, heç olmasa, gələcək qarşıdurmalardan çəkindirmək istəyir: 

"Məsələ ondadır ki, ABŞ Prezidenti Donald Trampın gəlişi ilə tərəflər arasında müharibənin dayanması ehtimalı yüksək olsa da, Avropa, xüsusən Böyük Britaniya, Almaniya Ukraynaya məğlub olmağa imkan vermək istəməz. Odur ki, ABŞ olmasa belə, bu müharibənin davametmə ehtimalı var. Rusiya da bunun qarşısını almaq üçün onlara geri çəkilməklə bağlı mesaj verir. Qarşıdurma yeni dünya düzəni formalaşması prosesində geosiyasi xarakter alır. Yeni güc mərkəzlərinin formalaşmasını özündə ehtiva edir. ABŞ Rusiyanın indiki şərtlərlə müharibədən "qalib" hesab ediləcək şəkildə çıxmasına ona görə razı olur ki, indiki sanksiyalarla əhatə olunmuş zəif Rusiya Vaşinqtona da sərf edir. Amma Avropa üçün zəif Rusiya da təhlükə mənbəyidir. Ona görə Avropa Rusiyanın bu müharibədən tam məğlub çıxmasında maraqlıdır. Hətta Rusiyanın parçalanması da onların işinə yarayar". 

Seçilən
28
sherg.az

1Mənbələr