Mordoviya Respublikasının mədəniyyət naziri Svetlana Baulina ezamiyyətdən qayıdarkən ağır qəzaya düşüb. Onun sürücüsü dünyasını dəyişib.
News24.az Rusiya KİV-ə istinadla xəbər verir ki, hadisə dekabrın 11-nə keçən gecə Saranskdan 150 kilometr aralıda, respublikanın Atyuryevski rayonu ərazisində, M-5 avtomobil yolunda baş verib.
Baulina ezamiyyətdə olduğu Ryazandan qayıdırmış. Səfər zamanı onun olduğu “Skoda” markalı minik avtomobili yük maşını ilə toqquşub və sürücüsü ölüb. Nazir özü Saransk xəstəxanasına çatdırılıb.\lent.az