AZ

"Emporium"un sahibi cərimələndi - QƏRAR

Səbail Rayon Məhkəməsində "Sinteks" MMC-yə yazılan inzibati protokola baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən iclasda MMC-yə cərimə cəzası tətbiq edilib.

 

Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

Qeyd: 1996-cı ildə yaradılan və nizamnamə kapitalı 63 399 955 AZN olan şirkətin qanuni təmsilçisi Sənan Firudin oğlu Axundovdur. MMC Qafqaz və Mərkəzi Asiyada ən böyük pərakəndə satış şirkətlərindən biridir, dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir. "Sinteks" kişi və qadın geyimlərinin, zərgərlik brendlərinin, kütləvi makiyaj və bədənə qulluq məhsullarının, ətirlərin və dizayner ev əşyalarının satışı ilə məşğul olan "Emporium" mağazasının da sahibidir. 

 

Xəyal Quliyev

Tarix: 12 Dekabr 2024, 07:28   
Seçilən
22
3
pravda.az

10Mənbələr