AZ

"Azəralüminium" barəsində tədbir görüldü

"Azəralüminium" MMC cərimələnib.

 

Pravda.az-ın xəbərinə görə, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən iclasda qərar açıqlanıb.

 

Qərara əsasən, şirkət cərimələnib.

 

Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

Qeyd: Qanuni təmsilçisi Maksim Cavadov Yaqub oğlu olan "Azəralüminium" 2024-cü ilin yanvar-sentyabr ayları üzrə hazırlanmış qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 107.1 milyon dollarla yer alıb.

 

Xəyal Quliyev

Tarix: 12 Dekabr 2024, 07:32   
Seçilən
27
2
pravda.az

3Mənbələr