AZ

Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi cərimələndi - Məhkəmə qərarı

Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi cərimələnib.

 

Pravda.az-ın xəbərinə görə, qərar Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən iclasda elan edilib. 

 

Xatırlatma: Dövlət Gömrük Komitəsi (DGK) MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsi üzrə protokol tərtib edib.

 

Xəyal Quliyev

Tarix: 12 Dekabr 2024, 07:38   
Seçilən
22
pravda.az

1Mənbələr