AZ

Suriyanın yeni hakimiyyəti təhlükəsizlik qüvvələrini dağıtmaq niyyətindədir

Suriyanın yeni hakimiyyəti təhlükəsizlik qüvvələrini dağıtmaq niyyətindədir

Dəməşqdə hakimiyyətə gələn qüvvələrin lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır-red.) Suriya təhlükəsizlik qüvvələrini dağıtmaq niyyətində olduğunu açıqlayıb.AFN.az-ın "Reuters"ə istinadən məlumatına görə, əl-Şaraa bildirib ki, o, əvvəlki rejimin təhlükəsizlik qüvvələrini dağıtmaq və bədnam həbsxanaları bağlamaq üzərində işləyir.Noyabrın sonunda müxalifətin Suriya ordusunun mövqelərinə qarşı başladığı genişmiqyaslı hücumları dekabrın 8-də onların Dəməşqə daxil olması və hakimiyyətdə olan Bəşər Əsədin Suriyadan qaçması ilə nəticələnib. Hazırda ölkəni birləşmiş müxalif qüvvələrin nümayəndələri idarə edir. İllərlə həbsxanalarda qalan minlərlə insan azadlığa buraxılıb. Əsəd hakimiyyətinin yeraltı bunkerlərdə saxladığı məhkumlar tapılaraq azad edilir.

Seçilən
19
afn.az

1Mənbələr