"SpaceX"in "Cargo Dragon" kosmik gəmisinin Beynəlxalq Kosmik Stansiyadan (BKS) çıxarılması yenidən təxirə salınıb və dekabrın 14-dək baş tutmayacaq. AFN.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.“Missiya liderləri, Florida sahillərindəki əlverişsiz hava şəraitinə görə, 12 dekabr üçün planlaşdırılan "Dragon" kosmik gəmisinin geri qaytarılmasından imtina etdilər. Növbəti cəhd dekabrın 14-də ediləcək”, - deyə qurumun saytındakı açıqlamada deyilir."Cargo Dragon" əvvəlcə dekabrın 5-də ISS-dən çıxarılmalı idi, lakin o vaxtdan onun qaytarılması dəfələrlə gecikdirilib. NASA-nın daha əvvəl verdiyi məlumata görə, astronavtlar artıq gəminin göyərtəsində elmi təcrübələrin nəticələri və laboratoriya avadanlıqları olan dondurucuları yükləyiblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta