AZ

Üzən heyətdə xidmət keçənlər bu halda xidmətə yararlı hesab olunurlar

Üzən heyətdə xidmət keçən “Xəstəliklər cədvəli”nin III qrafası üzrə şəhadətləndirilən hərbi qulluqçular və hərbi-dəniz təhsil müəssisələrinin məzunları korreksiya ilə görmə itiliyi uzaq üçün bir gözdə 0,6-dan, digər gözdə 0,5-dən aşağı olmadıqda, ÜH-də xidmətə yararlı hesab olunurlar.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

Bu şəxslər üçün heç olmazsa bir gözdə ən böyük ametropiyası olan meridianda 5,0 DPTR-dən artıq olmayan yaxıngörmə və ya uzaqgörmə, istənilən növ astiqmatizm isə 3,0 DPTR-dən artıq olmayan refraksiya fərqi ilə iki əsas meridianda icazə verilir.

phrase_var_article.chosen
25
heftelik.az

1phrase_var_article.sources