AZ

Tramp “ilin adamı” ola bilər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp "Time" jurnalında ilin adamı ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Tramp bu adı artıq 2016-cı ildə alıb. Bu dəfə onun yeni nominasiya şərəfinə Nyu-York Fond Birjasının açılış zəngini çalması gözlənilir.

Trampdan başqa, "Time"ın 2024-cü ilin adamı adına namizədlərin qısa siyahısına vitse-prezident Kamala Harris, jurnalın“dünyanın ən zəngin adamı” adlandırdığı iş adamı İlon Mask , baş nazir Benyamin Netanyahu və Alekseyin Navalnının dul arvadı Navalnı Yuliya daxildir.


Müəllif: Arzu
Seçilən
19
teleqraf.com

1Mənbələr