AZ

Türkiyə bu sahədə dünyada 3-cü yerdədir

Türkiyə bir tərəfdən qlobal transformasiyaları diqqətlə izləyir, digər tərəfdən də milli maraq və hədəflərinə uyğun olaraq effektiv, istiqamətləndirici və qətiyyətli xarici siyasət aparır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələri zamanı deyib.

“Türkiyə 261 xarici nümayəndəliyi ilə dünyanın ən böyük diplomatik şəbəkəyə malik 3-cü ölkəsidir. Geniş diplomatik şəbəkəmiz bizə həmsöhbətlərimizlə fəal siyasət yürütmək və güclü təşəbbüslər göstərmək imkanı verir”, - o bildirib.

Seçilən
18
2
axar.az

2Mənbələr