Qlobal insan alveri COVID-19 pandemiyadan sonra yenidən artmaqdadır. 2022-ci ildə insan alveri qurbanlarının sayı 2019-cu illə müqayisədə 25%, 2020-ci ilə nisbətən isə 43% artıb. Belə məlumatlar Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) yeni hesabatında verilib.
BMT insan alverinin artmasının əsas səbəbləri kimi yoxsulluq, silahlı münaqişələr və iqlim dəyişikliyini göstərir. 2022-ci ildə UNODC-nin məlumatına görə, insan alverinin qurbanları ən azı 162 millətdən olub və 128 ölkədə insan alverinə məruz qalıblar. İnsan alveri qurbanlarının ən böyük payı (31%) Şimali Afrika və Sub-Sahara Afrikasındandır. İkinci yerdə Avropa ölkələri - 27%, ən böyük pay Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin payına düşür - 12%.
2022-ci ildə uşaq alveri qurbanlarının sayı 2019-cu illə müqayisədə 31% çox olub. Ən çox qurbanlar qızlar olub (38%) və onlar da yüksək gəlirli ölkələrdə insan alverinə məruz qalıblar. Əvvəllər olduğu kimi, insan alveri qurbanlarının əksəriyyətini qadınlar və qızlar təşkil edir - 61%. Oğlanlar əsasən qul əməyinə satılır (45%), həmçinin dilənçiliyə və ya cinayətkar fəaliyyətə məcbur edilir.
Oxuməni.az