Fins.az - Deloitte şirkətinin proqnozuna görə, Almaniyada 2030-cu ilə qədər yalnız 11,2 milyon elektromobilin qeydiyyatdan keçəcəyi gözlənilir.
Bu, hökumətin müəyyən etdiyi 15 milyon hədəfindən əhəmiyyətli dərəcədə azdır. Satışların azalmasına səbəb, 2023-cü ilin sonunda elektromobillərin alımına verilən subsidiyaların kəskin şəkildə azaldılması olub.
Ekspertlər, elektromobillərin populyarlığının artırılması üçün uzunmüddətli dəstək, sabit elektrik qiymətləri və avtomobil qiymətlərinin azalmasının vacib olduğunu bildirirlər. Bu ilin oktyabrında Almaniyada 1,6 milyon tam elektriklə işləyən avtomobil qeydə alınıb. Cəmiyyət isə 2035-ci ildən etibarən daxili yanma mühərrikli avtomobillərin satışına qoyulacaq qadağaya münasibətdə fərqli fikirlər səsləndirir.