Türkiyədə qanunsuz miqrantlara qarşı mübarizə davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün İzmir şəhərinin Dikili rayonunda qeyri-qanuni yollarla xaricə getməyə çalışan 41 qanunsuz miqrant saxlanılıb: "Onlardan 13-ü uşaqdır".
Məlumata görə, onların dəniz yolu ilə Yunanıstana, oradan isə Avropa ölkələrinə yayılmaq planı olub: "Saxlanılanlar Köç İdarəsindəki sənədləşmələrdən sonra ölkələrinə deport olunacaqlar".
Zülfiyyə Mustafayeva
MİA.AZ