AZ

“Barselona”dan qələbə, “Mançester Siti” uduzdu - gecənin nəticələri

UEFA Çempionlar Liqasının əsas mərhələsində VI tura yekun vurulub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İspaniyanın "Barselona" komandası Almaniyada "Borussiya"nı 3:2 hesabı ilə məğlub edib.

İngiltərənin "Mançester Siti" klubu isə İtaliyada "Yuventus"a 0:2 hesabı ilə uduzub.

İngiltərənin digər təmsilçisi "Arsenal" isə evdə Fransa "Monako"su ilə qarşılaşıb. Matç İngiltərə təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb - 3:0.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, VI tur

"Atletiko" (İspaniya) - "Slovan" (Slovakiya) - 3:1

"Lill" (Fransa) - "Şturm" (Avstriya) - 3:2

"Borussiya" (Almaniya, Dortmund) - "Barselona" (İspaniya) - 2:3

"Yuventus" (İtaliya) - "Mançester Siti" (İngiltərə) - 2:0

"Benfika" (Portuqaliya) - "Bolonya" (İtaliya) - 0:0

"Arsenal" (İngiltərə) - "Monako" (Fransa) - 3:0

"Milan" (İtaliya) - "Srvena Zvezda" (Serbiya) - 2:1

"Feyenoord" (Niderland) - "Sparta" (Çexiya) - 4:2

"Ştutqart" (Almaniya) - "Yanq Boyz" (İsveçrə) - 5:1

Qeyd edək ki, Liqa mərhələsində VII turun oyunları 2025-ci il yanvarın 21-i və 22-də keçiriləcək.

Milli.Az

Seçilən
8
15
milli.az

10Mənbələr