AZ

ABŞ-nin 67 illik ərazisini türk aldı 

ABŞ-nin Ankaradakı keçmiş səfirliyinin binası satışa çıxarılıb.

Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istixəbər verir.

Məlumata görə, illərdir ABŞ-nin ərazisi olan torpaqlar indi bir türkə keçib. 2 ilin sonunda torpaq trabzonlu iş adamı Şemsettin Hancıya məxsus olub. Məxfilik müqaviləsi olduğundan torpağın neçəyə alındığı açıqlanmır. 20 milyon dollarlıq iddia ilə bağlı Hancı “Bu gün bu pulla belə bir yer almaq mümkün deyil” deyib.

Ərazidə otel tikiləcəyi iddia olunur.

"ABŞ ərazisi idi, pul nağd şəkildə hissə-hissə ödənilirdi. 7 aylıq prosesdən sonra bizim haqqımızda qərar verdilər. Belə yerlər yalnız 100 ildə bir dəfə ola biləcək bir şeydir. Nə vaxtca burada olacağımızı düşünməmişdik”, - deyə Şemsettin Hancı bildirib.

Nərgiz Məmmədli

Seçilən
6
1
bakivaxti.az

2Mənbələr