AZ

“Barselona” qələbə qazandı, “Mançester Siti” uduzdu - VİDEO

UEFA Çempionlar Liqasının əsas mərhələsində VI tura yekun vurulub.

"Unikal" xəbər verir ki, gecənin ilk oyunları İspaniya və Fransada keçirilib. Müvafiq olaraq, “Atletiko” Slovakiyanın “Slovan” komandasını 3:1, “Lill” isə Avstriyanın “Şturm” klubunu 3:2 hesabı ilə məğlub edib.

Turun maraqla gözlənilən görüşlərində İspaniya “Barselona”sı Almaniyada Dortmund “Borussiya”sına 3:2 hesabı ilə qalib gəlib. İngiltərənin “Mançester Siti” klubu isə İtaliyada “Yuventus”a 0:2 hesabı ilə uduzub.

UEFA Çempionlar Liqası: Liqa mərhələsi, VI tur

“Atletiko” (İspaniya) - “Slovan” (Slovakiya) - 3:1

“Lill” (Fransa) - “Şturm” (Avstriya) - 3:2

“Borussiya” (Almaniya, Dortmund) - “Barselona” (İspaniya) - 2:3

“Yuventus” (İtaliya) - “Mançester Siti” (İngiltərə) - 2:0

“Benfika” (Portuqaliya) - “Bolonya” (İtaliya) - 0:0

“Arsenal” (İngiltərə) - “Monako” (Fransa) - 3:0

“Milan” (İtaliya) - “Srvena Zvezda” (Serbiya) - 2:1

“Feyenoord” (Niderland) - “Sparta” (Çexiya) - 4:2

“Ştutqart” (Almaniya) - “Yanq Boyz” (İsveçrə) - 5:1

Qeyd edək ki, Liqa mərhələsində VII turun oyunları 2025-ci il yanvarın 21-i və 22-də keçiriləcək.

Seçilən
7
15
unikal.az

10Mənbələr