AZ

Qrip və soyuqdan qoruyan  5 çay

Qrip

Qrip və soyuqdəyməyə qarşı immunitetimizi gücləndirmək, əsas ehtiyat tədbirlərindən biridir. Bu məqsədlə istehlak edə biləcəyimiz bitki çayları da bizi qorumağa kömək edir.

Emlakbazari.az

E-saglam.az gündəlik həyatımızda rahatlıqla istifadə edə biləcəyimiz və bizi qrip və soyuqdəymədən qoruya biləcək ən yaxşı bitki çaylarını təqdim edir:

Exinasiya

Soyuqdəyməyə qarşı ən yaxşı qorunma vasitələrindən biri exinasiyadır. Tərkibindəki qlikoproteinlər immunitet sistemini qoruyur. Lakin, exinasiya xəstələnmədən əvvəl istehlak edilməlidir. Çünki bu çay istehlak edilməyə başladıqdan 2-3 həftə sonra immuniteti qorumağa başlayır. Müəyyən bir ardıcıllıqla istehlak edilməlidir.

Qızılgül çayı

Ağız və boğaz nahiyəsində infeksiyaya qarşı müdafiə təmin edir. İltihab əleyhinə xüsusiyyətlərə malikdir. Xəstəliyə səbəb olan mikrobların tərləmə yolu ilə bədəndən atılmasını təmin edir. Acı bibərlə qarışdırıb istehlak etmək, tərkibindəki selikli qişa sayəsində boğazın qıcıqlanmasını aradan qaldırmağa kömək edir. Flavonoidlər sayəsində isə qıcıqlanmış boğazın bərpasına yardımçı olur.

Adaçayı

Soyuqdəyməyə yaxşı təsir edən və immuniteti gücləndirən adaçayı və nanə ilə hazırlanan çay, bədən istiliyinin yüksəlməsinə və tərləməyə kömək edir. Bu çay, bədənin özünü təmir etməsini və yenilənməsini dəstəkləyir.

İtburnu Çayı

Tərkibində limondan 60 qat daha çox C vitamini olan itburnu meyvəsinin sayəsində soyuqdəymədən qorunmağa və sağalmağa kömək edir. C vitamini, polifenollar və antioksidantlar sayəsində immunitet sistemini gücləndirir. Həmçinin bədənin müqavimətini artırır, sinir sisteminə və hüceyrələrin yenilənməsinə fayda verir.

Yaşıl Çay

Elmi olaraq, yaşıl çayın istehlakı soyuqdəymə riskini azaldır. Xəstələnməmişdən əvvəl istehlak etmək, sizi qrip və soyuqdəymədən qorumağa kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
18
e-saglam.az

1Mənbələr