AZ

Serxio Ramosun klubsuz günləri bitir?

"Real"ın və İspaniya yığmasının sabiq müdafiəçisi Serxio Ramos karyerasını Argentinada davam etdirə bilər.

Publika.az AS-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu ilə "Boka Xuniors" ciddi maraqlanır. Argentina klubunun rəhbərliyi komandada iki əfsanəni birləşdirmək istəyir. Söhbət Ramos və hazırda "Boka"da çıxış edən uruqvaylı Edinson Kavanidən gedir.

Danışıqların yanvarda baş tutacağı gözlənilir. "Boka" iştirak edəcəyi klublararası dünya çempionatı öncəsi heyətini təcrübəli müdafiəçi ilə gücləndirməkdə maraqlıdır.

Qeyd edək ki, Ramos son olaraq iyunda ayrıldığı “Sevilya”da çıxış edib.

Seçilən
18
publika.az

1Mənbələr