AZ

"Yeni pandemiya ehtimalı yüksəkdir" - ÜST rəhbərindən dünyanı qorxudan BƏYANAT

Image

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus 2024-cü ildə səhiyyə sahəsində baş verən qlobal hadisələr və gələcək perspektivlər barədə danışıb. O, səhiyyə sahəsində əldə olunan uğurlardan bəhs edərək, 2024-cü ildə doqquz ölkənin bəzi xəstəliklərdən tamamilə azad olunduğunu, Afrikanın 17 ölkəsinə 12 milyondan çox malyariya peyvəndinin çatdırıldığını və 150 ölkədə siqaret istifadəsinin azaldığını vurğulayıb. Bildirib ki, bu nailiyyətlər səhiyyə siyasətinin və beynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirir.

ÜST rəhbəri qeyd edib ki, Dünya yeni pandemiyaya həm hazırdır, həm də hazır deyil. T.A.Qebreyesus yeni pandemiyanın ortaya çıxması ehtimalının yüksək olduğunu və dünyanın bu təhlükəyə tam hazır olmadığını vurğulayıb. Onun sözlərinə görə, COVID-19 pandemiyasından öyrənilən dərslərə baxmayaraq, bəzi zəifliklər hələ də mövcuddur. SİTAT: “Bu zəifliklərin aradan qaldırılması məqsədilə Dünya Bankı və ÜST-ün Pandemiya Fondu yaradılıb. Bununla yanaşı, yerli dərman və peyvənd istehsalına üstünlük verilməsi kimi təşəbbüslər həyata keçirilir. Lakin dünya əhalisinin yarısının əsas səhiyyə xidmətlərinə çıxışı yoxdur və 2 milyard insan səhiyyə xərclərinə görə maliyyə çətinliyi yaşayır. Qlobal səhiyyə sistemində davamlı islahatlar zəruridir”.

Mətləb Salahov








phrase_var_article.chosen
43
baki-xeber.com

1phrase_var_article.sources