AZ

Tramp Si Cinpini andiçmə mərasiminə dəvət etdi – KİV


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpini 2025-ci il yanvarın 20-də Amerika paytaxtında keçiriləcək andiçmə mərasiminə dəvət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə çərşənbə günü “CBS News” öz mənbələrinə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, Tramp Si Cinpini noyabrın əvvəlində, seçkidən qısa müddət sonra dəvət edib, lakin onun dəvəti qəbul edib-etmədiyi hələlik məlum deyil.
Telekanalın qeyd etdiyi kimi, andiçmə mərasimində xarici ölkələrin bir neçə yüksək rütbəli nümayəndəsinin iştirak edə biləcəyi gözlənilir. İlkin məlumatlara görə, Macarıstanın Baş naziri Viktor Orban da dəvət olunanlar arasındadır.
Seçilən
46
1
yeniavaz.com

2Mənbələr