Bakı. Trend:
Dekabrın 12-də müasir və müstəqil Azərbaycan dövlətinin memarı,xalqımızın Ümumiilli Lideri Heydər Əliyevin vəfatının 21-ciildönümüdür. Aradan illər ötdükcə dahi şəxsiyyətin dövlətimizin vəxalqımızın qarşısındakı tarixi xidmətlərinin əhəmiyyətini dahadərindən anlayırıq. Çünki respublikamız məhz Heydər Əliyevinyaratdığı sağlam təməllər üzərində inkişaf edərək böyük uğurlaranail olur.
Tarix sübut edir ki, hər bir xalqın taleyində görkəmlişəxsiyyətlərin, liderlərin böyük rolu olmuşdur. Məhz beləşəxsiyyətlərin sayəsində həmin xalqlar öz dövlətlərini qurmuş,inkişaf etmişlər. Heydər Əliyev də Azərbaycan xalqının taleyindəçox böyük və əvəzolunmaz xidmətləri olan belə şəxsiyyətlərdənbiridir. Ümummilli Lider Heydər Əliyev Azərbaycana iki dəfərəhbərlik etmişdir. Lakin hansı dövrdə rəhbərlik etməsindən asılıolmayaraq Heydər Əliyev bunların hər birində dövlətə şərəflə xidmətetməyin ən gözəl nümunəsini yaratmışdır.
Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərliyə başlayandaölkəmiz öz inkişaf göstəricilərinə görə keçmiş SSRİ-də sonuncuyerlərdə dayanırdı. Lakin Ulu Öndər özünün müdrik siyasəti iləAzərbaycanı tezliklə ittifaqın ən qabaqcıl respublikalarısəviyyəsinə yüksəltdi. 1969-1982-ci illərdə Azərbaycandaiqtisadiyyatın bir çox sahələri sürətlə inkişaf etdi, sənayeistehsalında və kənd təsərrüfatında ciddi artımlar qeydə alındı. Oillərdə Azərbaycanda istehsal olunan məhsullar keçmiş ittifaqınayrı-ayrı respublikalarına və xarici dövlətlərə ixrac olunurdu.
Xalqımızın dahi oğlu 1982-1987-ci illərdə Moskvada SSRİ NazirlərSoveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə də özvətəninə diqqət və qayğısını əsirgəmədi. Məhz Heydər Əliyevinsayəsində həmin illərdə ölkəmizdə çoxsaylı istehsal sahələriyaradıldı.
Heydər Əliyev M.Qorbaçovun yürütdüyü siyasətə etiraz edərək1987-ci ilin sonlarında tutduğu bütün vəzifələrdən istefa versə də,yenə də öz xalqının yanında idi. Təsadüfi deyil ki, 1990-cı ilin 20yanvar faciəsindən sonra ilk dəfə olaraq məhz Heydər ƏliyevMoskvadakı Azərbaycan nümayəndəliyində cəsarətlə SSRİ rəhbərliyiniifşa etmiş, xalqımıza qarşı cinayət törədildiyini bəyanetmişdi.
Bütün bunlara görə xalqımız Heydər Əliyevə inanır və ona böyükehtiram göstərirdi. Təsadüfi deyil ki, 1990-cı ilin iyulundaAzərbaycana, Naxçıvana gələn Heydər Əliyev ictimaiyyət tərəfindəndeputatlığa namizəd göstərlmiş və keçirilən seçkilərdə AzərbaycanSSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Məclisinə üzv seçilmişdi.Yenidən siyasi meydana qayıdan Ulu Öndər Heydər Əliyev o dövrdəözünün böyük siyasi qətiyyəti ilə Naxçıvanı işğaldan qorumuş,Türkiyə və İranla əlaqələr yaradaraq blokada vəziyyətində olanMuxtar Respublikadakı sosial-iqtisadi çətinliyin aradanqaldırılması üçün mühüm işlər görmüşdü. Eyni zamanda HeydərƏliyevin ilk dəfə Naxçıvanda üçrəngli bayrağımızı rəsmi bayraq kimiucaltması respublikamızda müstəqillik uğrunda aparılan mübarizəyəböyük stimul vermişdi. 1992-ci ildə Heydər Əliyevin rəhbərliyi iləYeni Azərbaycan Partiyasının yaradılması da xalqımızın Ulu Öndərəolan dərin inamından irəli gəlirdi.
1993-cü ilin gərgin və ağır iyun günləri hər birimizinyaddaşındadır. Azərbaycana rəhbərlik edənlərin naşı, xəyanətkarsiyasətləri nəticəsində həmin ölkəmizdə böhran pik həddə çatmış,müstəqilliyimizin yenidən itirilməsi təhlükəsi yaranmışdı. Birtərəfdən Ermənistanın işğalçı hücumları, bir tələfdən dəseparatizmin güclənməsi Azərbaycanı parçalanmaq təhlükəsi iləüz-üzə qoymuşdu.
Bütün bunlar həm də ondan xəbər verirdi ki, Azərbaycanı buvəziyyətdən yalnız bütün xalqı öz ətrafında birləşdirə bilənnüfuzlu və güclü siyasi lider çıxara bilər. Xalqın inandığı,güvəndiyi, etibar etdiyi həmin lider isə Heydər Əliyev idi. Həminvaxt xalqın istək və arzusu ilə ölkə rəhbərliyinə qayıdan HeydərƏliyev böyük siyasi müdrikliklə Azərbaycanı bütün təhlükələrdənxilas etdi. Ulu Öndər yenicə qazanılmış müstəqilliyimizi qorudu,onu sarsılmaz və əbədi etdi.
Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 ilAzərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Həmin dövrdədünyanın tanınmış neft şirkətlərinin iştirakı ilə «Əsrinmüqaviləsi»nin imzalanması, dövlətçiliyimizin etibarlı təməllərininformalaşdırılması, ordu quruculuğunun şəyata keçirilməsi, hüquqidövlət quruculuğunun başa çatdırılması, müstəqil dövlətimizinKonstitusiyasının qəbulu, MDB-də ilk olaraq respublikamızda torpaqislahatlarının reallaşdırılması, iqtisadi tənəzzülə son qoyulması,Azərbaycanın dünya birliyində layiqli yer tutması məhz HeydərƏliyevin dövlətimiz qarşısındakı tarixi xidmətləriningöstəriciləridir.
Ulu Öndərin xalqımız qarşısında ən böyük xidmətlərindən birimöhtərəm Prezidenimiz İlham Əliyevin timsalında özünün layiqlisiyasi varisini yetişdirməsidir. Ötən 21 ildə Azərbaycanın keçdiyiinkişaf yolu bir daha Heydər Əliyevin nə qədər dahi və uzaqgörənbir şəxsiyyət olduğunu təsdiq edir. Bu illər ərzində Azərbaycanıyüksəliş yoluna çıxaran cənab Prezident İlham Əliyevin rəhbərliyiilə qazanılan hər bir uğurumuz onu göstərir ki, Heydər Əliyevinsiyasi kursu layiqincə davam etdirilir və Ulu Öndərin ideyalarıhəyata vəsiqə alır. 21 ildə qazandığımız uğurlar həm də HeydərƏliyev yolunun düzgün və alternativsiz olduğunu təsdiq edir.
Heydər Əliyevin ən böyük arzusu isə torpaqlarımızın işğaldanazad edilməsi idi. Ulu Öndər 2003-cü ilin prezident seçkilərindənəvvəl xalqımıza etdiyi müraciətdə inamla bildirirdi ki, axıraçatdıra bilmədiyi taleyüklü məsələləri, planları İlham Əliyev başaçatdıra biləcək. 4 il əvvəl 44 günlük Vətən müharibəsindətorpaqlarımızın işğaldan azad edilməsi, ötən il isə Qarabağdaerməni separatçılığına son qoyulması Heydər Əliyevin nə qədər haqlıolduğunu göstərdi. Bununla da cənab Prezident, Müzəffər Ali BaşKomandan İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunuvə vəsiyyətini yerinə yetirdi. Artıq Ulu Öndərin ruhu rahatdır.Çünki onun bütün arzuları reallaşır.
12 dekabr Anım Günündə Ümummilli Lider Heydər Əliyevi bir dahadərin ehtiramla yad edir, xatirəsi önündə baş əyirik. Ulu Öndər hərzaman Azərbaycan xalqının qəlbində yaşayacaq, ölməz və əbədiyaşarideyaları daim respublikamızın inkişafına işıq salacaq.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı