AZ

Cənubi Koreyada Baş qərargah rəisi və 6 məmur vəzifəsindən uzaqlaşdırıldı

Cənubi Koreya Ordusunun Baş Qərargah rəisi Park An Su vəzifəsindən azad edilib.

Hurriyyet.az xəbər verir ki, Cənubi Koreyanın Müdafiə Nazirliyi Parkın işdən çıxarıldığını açıqlayıb.

Bildirilir ki, Park, hərbi vəziyyətin elan edilməsi zamanı prezident Yoon Seok-Yeol tərəfindən “hərbi vəziyyət komandiri” təyin edilib. Hərbi vəziyyətin elan edilməsindən qısa müddət sonra ölkədə bütün siyasi fəaliyyətləri qadağan edən hərbi vəziyyət fərmanı Parkın imzası ilə verildib

Park parlamentə verdiyi açıqlamada hərbi vəziyyətin elan olunmasını prezident Yoonun televiziyada verdiyi açıqlamadan öyrəndiyini və hərbi vəziyyət əmrini hazırlamadığını iddia edib. Keçmiş Baş Qərargah rəisi hərbi vəziyyətin ləğvindən sonra istefa ərizəsini o vaxt müdafiə naziri olan Kim Yonq-hyuna təqdim etdiyini, lakin prezident Yoon tərəfindən rədd edildiyini açıqlayıb. 

Keçmiş müdafiə naziri Kim Yonq-hyun dekabrın 5-də hərbi vəziyyətin uğursuz elan edilməsindən sonra istefa verib. Prezident Yoona hərbi vəziyyət elan edilməsini təklif etdiyi iddia edilən keçmiş nazir Kim “qiyama kömək etmək” ittihamı ilə həbs edilib. Parkdan əvvəl Paytaxt Müdafiə Komandanı, Xüsusi Təyinatlı Qüvvələr Komandanı, Müdafiə Kəşfiyyatı Komandanı və Müdafiə Əks-Kəşfiyyat Komandanı da daxil olmaqla 6 yüksək rütbəli əsgər hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar işdən çıxarılıb.

Qeyd edək ki, dekabrın 3-də Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan edib və qərarını “Şimali Koreyayönlü qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq” zərurəti ilə izah edib. Onun bu qərarı ölkədə iğtişaşlara səbəb olub.

Unikal.az

Seçilən
7
4
hurriyyet.az

6Mənbələr