AZ

TAP-ın hidrogenin nəqli sahəsində tədqiqatları açıqlandı (ÖZƏL)

Bakı. Trend:

Trans-Adriatik Boru Kəməri (TAP) özünü Avropa yaşıl Sazişinin vəParis Sazişinin məqsədlərinin həyata keçirilməsində mühüm tərəfdaşkimi görür və potensial olaraq Avropa İttifaqını (Aİ) hidrogen vəbiometan kimi karbon neytral enerji mənbələri ilə təmin edir.

Bu barədə Trend-ə özəlmüsahibəsində TAP-ın icraçı direktoru Luka Skiepatti məlumatverib.

"Məqsədimiz TAP-ı hidrogenin nəqli üçün uyğunlaşdırmaqdır. Bizmövcud infrastrukturun təbii qaz və hidrogen qarışığının nəqli üçüntexniki baxımdan nə dərəcədə mümkün olduğunu aktiv şəkildəqiymətləndiririk. Bunun üçün orta və uzunmüddətli perspektivdə beləqarışıqların, o cümlədən, digər bərpa olunan qaz növlərinin nəqlinəhazırlığı təmin edəcək yol xəritəsi hazırlanıb", – deyə L.Skiepattivurğulayıb.

O xatırladıb ki, 2021-ci ildə aparılan ilkin tədqiqat TAP-ıngələcəkdə təbii qaz və hidrogen qarışığının nəqli üçün texnikipotensialını təsdiqləyib.

Bu nəticə boru kəmərinin enerji keçidinin tələblərinəuyğunlaşdırılması üçün əlavə perspektivlər açır.

"Hazırda boru kəmərlərinin materiallarının beynəlxalqlaboratoriyada sınaqları keçirilir. Dəniz boru kəmərlərininmateriallarına dair nəticələr bu ilin dördüncü rübündə gözlənilir.Bu məlumatlara əsasən, TAP nəticələri qiymətləndirəcək və 2025-ciildə əlavə sınaqların zəruriliyini müəyyənləşdirəcək. Bununlayanaşı, bu il yerüstü qurğular üçün boşluq analizinə başlamışıq vəbu işlər gələn il davam etdiriləcək", – deyə L.Skiepattibildirib.

"Bundan əlavə, TAP mövcud və yeni dəniz boru kəmərlərivasitəsilə hidrogenin nəqli üçün dünyanın ilk rəhbər prinsiplərininhazırlanmasına yönəlmiş “H2Pipe” adlı birgə sənaye layihəsindəiştirak edir", – deyə icraçı direktor qeyd edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olanTrans-Adriatik qaz kəməri vasitəsilə hər il İtaliyaya 8 milyardkubmetr, Yunanıstana və Bolqarıstana isə hər birinə 1 milyardkubmetr qaz tədarük edilir.

31 dekabr 2020-ci il tarixində Cənub Qaz Dəhlizi vasitəsiləAvropaya Azərbaycan qazının nəqli başlanılıb. TAP vasitəsiləAzərbaycan ilk dəfə olaraq tarixdə öz təbii qazını boru kəmərləriilə Avropa bazarına ixrac edib. Dünyanın ən böyük təbii qazidxalçısı olan Avropa bazarına birbaşa çıxış əldə etməkləAzərbaycan öz ixrac imkanlarını şaxələndirib.

Məqalədə:
Seçilən
48
1
az.trend.az

2Mənbələr