AZ

Fransa və Polşa Ukraynaya 40 min avropalı əsgər göndərməyi müzakirə edirlər

Avropa ABŞ-nin yeni prezidenti Donald Trampın Kiyevə münaqişənin həlli üçün əlverişsiz şərtlər qoya biləcəyindən ehtiyat edərək, Ukraynada sülh yolu ilə nizamlanma planlarını fəal şəkildə nəzərdən keçirir...

Poliqon xəbər verir ki, bu barədə Polşanın “Rzeczpospolita” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Ukraynanın təhlükəsizliyini təmin etmək üçün atəşkəsdən sonra Qərb qoşunlarının yerləşdirilməsi məsələsi getdikcə daha çox gündəmə gətirilir.

Fransa Elmlər Akademiyasının Təhlükəsizlik Araşdırmaları Mərkəzinin direktoru Elie Tenenbaum nəşrə bildirib ki, Polşa və Fransa Rusiyanın atəşkəsi və gələcəkdə müəyyən edilə biləcək demarkasiya xəttini pozmasının qarşısını almaq üçün hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynada sülhməramlı missiya yerləşdirmək təklifini müzakirə edir. Belə bir missiya üçün layihə üzərində çalışan Beynəlxalq Münasibətlər İnstitutu, kontingentin beş briqadadan (təxminən 40 min əsgər) ibarət ola biləcəyini açıqlayıb. Polşa onlardan birinə komandanlıq edə bilər.

“Rzeczpospolita” qəzeti yazır ki, prezident Emmanuel Makron və baş nazir Donald Tusk cümə axşamı görüşdə bu məsələni müzakirə edəcəklər.

Poliqon.info

Seçilən
6
43
poliqon.info

10Mənbələr