Robert Kennedi ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qətlində Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rol oynadığını iddia edib.
Musavat.com Axios-a istinadən xəbər verir ki, bu səbəbdən siyasətçi öz gəlinini MKİ-nin direktor müavini vəzifəsinə irəli sürüb.
Kennedinin fikrincə, onun gəlini MKİ-nin Kennedinin qətli ilə bağlı məlumatlarını üzə çıxara və bu hadisəyə aid sənədlərin açıqlanmasını tələb edə bilər.
Digər tərəfdən, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Kennedinin seçki kampaniyasına dəstəyinə görə ona qarşı borclu olduğu bildirilir. Bu səbəbdən Trampın bu təklifi dəstəkləmə ehtimalı var. Lakin kulislərdə bu təyinatın mümkünlüyü barədə müzakirələr davam edir.