AZ

ABŞ Konqresi dövlət borcu məhdudiyyətini ləğv etməyə çağırılıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Konqresi ölkənin dövlət borcu üçün müəyyən edilmiş hüquqi limitin dərhal ləğv edilməsini nəzərdən keçirməlidir. Bu barədə ABŞ-nin Hesablama Palatasının (GAO) hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, dövlət borcu limitinin ləğvi borcla bağlı qərarların xərclər və gəlirlər barədə qərarlarla birlikdə qəbul edilməsinə imkan yaradacaq. Ekspertlər xəbərdarlıq edir ki, dövlət borcu limiti mövcud olduğu müddətdə ABŞ iqtisadiyyatı defolt riski ilə üzləşə bilər.

Bu məsələ ilə bağlı daha əvvəl milyarder iş adamı və SpaceX şirkətinin qurucusu İlon Mask ABŞ-nin faktiki iflas həddinə yaxınlaşdığını bəyan etmişdi.

Qeyd edək ki, noyabr ayında ABŞ dövlət borcunun tarixi rekorda çatdığı və 36 trilyon dolları keçdiyi bildirilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr