AZ

“TikTok” qadağası təxirə salınır

Populyar sosial media platforması “TikTok” Kanada hökumətinin fəaliyyətini dayandırmaq qərarını təxirə salmaq üçün yeni qanuni addım atıb. 

Platforma bu qərara etiraz edib və Federal Məhkəmədən qadağanın nəzərdən keçirilməsini istəyib. 

"Cebheinfo.az" xəbər verir ki, Kanada hökuməti keçən ay “TikTok”-un sahibi Çində yerləşən “ByteDance”-in Çin hökuməti ilə mümkün əlaqələrini əsas gətirərək platformanın milli təhlükəsizlik riski yaratdığını bəyan etdi. Bu qərar “TikTok”-u ölkədəki fəaliyyətini dayandırmağa məcbur edib. Lakin “TikTok” bu iddiaları rədd etdi və hökumətin qərarına yenidən baxılması üçün təcili ərizə verib. 

“TikTok” dekabrın 5-də Kanada Federal Məhkəməsinə etdiyi müraciətdə qərarın şirkətin Kanadadakı fəaliyyətini dayandıracağı anlamına gəldiyini və bunun minlərlə insanın işini itirməsinə səbəb olacağını bildirib. Platforma məhkəmədən bu qərarı dayandırmağı və yeni araşdırmaya başlamağı tələb edib. Kanada hökuməti daha əvvəl milli təhlükəsizlik araşdırmaları çərçivəsində “TikTok”-un ölkədə mövcudluğunu yoxlamışdı və şirkətin planlaşdırılan genişləndirmə investisiyalarını dayandırmışdı. 

Seçilən
4
1
cebheinfo.az

3Mənbələr