Bakı. Trend:
Dardanel boğazında güclü duman səbəbindən gəmi hərəkətimüvəqqəti olaraq dayandırılıb.
Trend xəbərverir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin dəniz məsələləriüzrə departamenti məlumat yayıb.
Səhər saatlarında boğaz ətrafında təsirini artıran dumandənizdəki görmə məsafəsinin azalmasına səbəb olub.
"Duman səbəbindən məhdud görüntü şəraiti yarandığına görəDardanel boğazında gəmilərin hərəkəti müvəqqəti olaraq hər ikiistiqamətdə dayandırılıb", - məlumatda qeyd edilib.
Qeyd edilib ki, dumanın təsirini itirməsindən sonra gəmihərəkətinin normal rejimə qayıdacağı qeyd olunub.