Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasında vətəndaş müharibəsinin davam etdiyi Sudanda sentyabrın 12-dən bu yana baş verənlər müzakirə edilib.BMT Təhlükəsizlik Şurasının Sudanla bağlı hesabat hazırlamaq səlahiyyətinə malik Sudan Sanksiya Komitəsinin sədri, səfir Junkuk Hvanq şura üzvlərinə bölgədəki son vəziyyəti izah edən brifinq keçirib.Hvanq 12 sentyabrdan bəri edilən hesabatlar nəticəsində Sudanın paytaxtı Darfurun sülh, təhlükəsizlik və sabitliyi təhdid edən zorakılıq və insan haqlarının pozulması kimi cinayətlərdə iştirak edən 2 nəfəri daha sanksiya siyahısına əlavə etdiklərini bildirib. Sanksiyaların məqsədinin Darfurda sülhün əldə edilməsinə töhfə vermək olduğunu vurğulayan Hvanq "Komitə bu məqsədə çatmaq üçün bütün əlaqədar maraqlı tərəflərlə işləməkdə qərarlıdır" deyib.Digər tərəfdən, görüşdə çıxış edən digər ölkələrin nümayəndələri Sudanda sülhün təmin edilməsi üçün göstərilən səylərin yetərli olmadığını və BMT Təhlükəsizlik Şurasının bu istiqamətdə səylərini artırmalı olduğunu bildiriblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta